fdfc87fa-1073-4671-88e7-417d5bd29839..jpg

Qərbi Azərbaycanla bağlı “Yada Daşı” sənədli filmi hazırlanıb – FOTO

Baxış sayı: 708 dəfə baxılıb.

Qərbi Azərbaycanla bağlı “Yada Daşı” sənədli filmi hazırlanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan
Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə
yardımı ilə hazırlanmış “Yada Daşı” sənədli filminin ilkin təqdimat mərasimi
olub.

“Report” xəbər verir ki, gənclərin və yaradıcı qrupun iştirakı ilə təqdim
olunan film qədim Azərbaycan torpağı olan Qərbi Azərbaycanda – Zəngəzurda
dağıdılmış tarixi abidələrimiz və vətənsiz qalmış soydaşlarımızın acı
taleyindən bəhs edir.

“Yada Daşı” filmində peşəkar mütəxəssislər, sahəvi ekspertlərin rəyləri və
həmin abidələrin yerləşdiyi ərazilərdə yaşayan qərbi azərbaycanlıların
xatirələri geniş izləyici kütləsi üçün vizual formada təqdim olunur. Filmdə
müsahibələrlə yanaşı, tarixi və unikal sayıla biləcək arxiv fotoşəkillərə,
videokadrlara da geniş yer verilib.

Yaxın vaxtlarda geniş auditoriya üçün filmin Azərbaycan və ingilis dilində
təqdimatı keçiriləcək.


Source link