21df56a9-f83c-4af0-b8ec-c3584fb1dc71..jpg

Qərbi azərbaycanlıların ilk olaraq hansı ərazilərə köçürülməsi nəzərdə tutulur? – İcma sədri açıqladı

Baxış sayı: 878 dəfə baxılıb.

Qərbi azərbaycanlıların ilk olaraq hansı ərazilərə köçürülməsi nəzərdə
tutulur? – İcma sədri açıqladı

Dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycanlılar İcmasının bir qrup
nümayəndəsi ilə görüşündə Qərbi Azərbaycana qayıdış Konsepsiyasının
hazırlanması vəzifəsini qarşıya qoydu. Elə həmin vaxtdan dərhal bu
Konsepsiyanın hazırlanmasına başlanıldı. Bir ayın tamamında Konsepsiyanın əsas
müddəaları hazırlanaraq yekun sənəd ortaya qoyuldu. Bu Konsepsiya, əslində, bir
çərçivə sənədidir. Burada son 200 ildə Qərbi Azərbaycandan qovulmuş
soydaşlarımızın tarixi torpaqlarına qayıtması prosesində İcmanın fəaliyyətinin
ümumi prinsipləri öz əksini tapıb. Yanvarın 25-də Müşahidə Şurasının
təsdiqindən sonra Konsepsiya İcmanın əsas sənədlərindən birinə çevrilib. Bu
sənəddə son 200 ildə tarixi torpaqlarından qovulmuş soydaşlarımızın geriyə
qayıdışının bir çox məqamları öz əksini tapıb.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin
sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

İcma sədri qeyd edib ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında öz əksini
tapan məqamlardan biri insanlarımızın öz kəndinə, rayonuna, 1988-ci ilə qədər
yaşadığı ərazilərə köçürülməsi istəyi ilə bağlıdır. Amma burada bir incə məqam
ondan ibarətdir ki, 1988-ci ilə qədər həmin soydaşlarımız demək olar bütün
Qərbi Azərbaycan boyu yaşayıblar. Ən azı ilkin mərhələdə o insanların bütün
Qərbi Azərbaycan, indiki Ermənistan ərazisi boyu köçürülməsi təbii ki,
xoşagəlməz nəticələr verə bilər. Ermənistan dövləti belə bir addım atsa, Qərbi
Azərbaycan İcması olaraq buna qarşı çıxacağıq. Əsas hədəfimiz insanların ilkin
mərhələdə daha təhlükəsiz bölgələrə köçürülməsi olacaq. Bu isə bizim
nəzərimizdə Azərbaycanla sərhəd rayonlarda yerləşən, xüsusilə Qarabağ və Şərqi
Zəngəzur ərazisi ilə sərhəddə Qərbi Zəngəzur, Dərələyəz, Göyçə mahalı və
Qaraqoyunlu dərəsi ola bilər. Soydaşlarımızın ilkin mərhələdə həmin ərazilərə
köçürülməsi daha təhlükəsiz, zəmanətli və təminatlı olar.

Source link