Qərbi Balkanlar “Venesiyaya” çevrilib – VİDEO

Qərbi Balkanlar “Venesiyaya” çevrilib – VİDEO

Baxış sayı: 9. 923 dəfə baxılıb.

Leysan yağışlar Qərbi Balkanlarda çox sayda yaşayış məntəqəsini su altında qoyub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Rossiya 24” məlumat yayıb.

Serbiyada daşqınlarla əlaqədar bir neçə rayonda fövqəladə vəziyyət rejimi tətbiq olunub.  Fəlakət zonasına hərbçilər səfərbər edilib. Yerli sakinlərin dəstəyi ilə bənd salma işlərinin aparıldığı bildirilir.

Albaniyada aramsız yağıntıdan sonra su səviyyəsi o həddə qalxıb ki, 3 elektrostansiya bəndlərin dağılmaması üçün suyu buraxmaq məcburiyyətində qalıb. Nəticədə minlərlə hektar torpaq sahəsi su altında qalıb.

Çernoqoriyada daşqınlar məşhur kurort zonaları – Budve və Kotore şəhərlərinin infrastrukturuna ciddi ziyan vurub. Sinoptiklərin proqnozlarına görə, bölgədə su səviyyəsi artmağa davam edəcək.  Belə ki, yüksək temperatur qarların sürətlə əriməsinə yol açacaq.

.
www.ÇıxışYolu.Com