c28f7f3f-8c72-4213-8ad2-4255d6fac4cc..jpg

“Qəribə şeylər”in ulduzu serialın dostları ilə yaratdığı problemlərdən danışdı – FOTO

Baxış sayı: 484 dəfə baxılıb.

“Qəribə şeylər”in ulduzu serialın dostları ilə yaratdığı problemlərdən danışdı
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qəribə şeylər” (“Stranger Things”) serialının ulduzu Milli Bobbi Braun
məşhurluğun həyatına gətirdiyi çətinliklərdən danışıb.

Britaniyalı aktrisa erkən şöhrətə görə etibar problemi yaşadığını etiraf edib.
O, uşaqlıqdan diqqət mərkəzində olduğu üçün tez-tez görünüşünə və hərəkətlərinə
görə tənqid olunduğunu da bildirib.

Milli Braun bu cür təzyiqin onun emosional vəziyyətinə çox mənfi təsir
etdiyini və psixi sağlamlığını korladığını, bu səbəbdən özünə qapandığını
vurğulayıb.

“Bu kədərlidir. Güvənlə bağlı problemlərim var. Dostlarım o qədər də çox
deyillər, çünki özümü çox insanlardan təcrid edirəm”, – deyə aktrisa hisslərini
bölüşüb.

Qeyd edək ki, aktrisa daha çox 13 yaşında “Qəribə şeylər” serialındakı “On
bir” roluna görə “Dram serialında ən yaxşı köməkçi aktrisa” nominasiyasında
“Emmy” mükafatına layiq görülüb. O, həmçinin UNICEF-in ən gənc xoşməramlı
səfiridir.

Mənbə: Gazeta.ru

Source link