57643021-c670-4736-9e1a-655dd5086994..jpg

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Baxış sayı: 613 dəfə baxılıb.

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə
göndərilib

Bu il mayın 27-də Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində 1985-ci il
təvəllüdlü Şamo Əzimovun öldürülməsi faktına görə rayon prokurorluğunda
başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə Cəlilabad Rayon Prokurorluğu məlumat yayıb.

İbtidai istintaqla 1991-ci il təvəllüdlü Rəşad Aslanovun aralarında yaranmış
mübahisə zamanı həmkəndlisi Şamo Əzimova bıçaqla çoxsaylı xəsarətlər yetirərək
onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəşad Aslanova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən
adamöldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı
əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Source link