Qətər əmiri Almaniya prezidentini qarşılamağa gəlmədi: Təyyarənin qapısında
gözlətdi – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer İsrail və Omandan sonra Qətərə
işgüzar səfər edib.
Səfərin məqsədi Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani ilə Qəzzadakı
hadisələri müzakirə etmək olub. Lakin Dohaya enən Ştaynmayer hava limanında
xoşagəlməz hadisə ilə qarşılaşıb.
Belə ki, Almaniya prezidenti heç bir rəsmi nümayəndə tərəfindən qarşılanmayıb.
Qətərin xarici işlər naziri Sultan bin Saad Əl Muraiqhi onu qarşılamağa
gəlmədiyi üçün Frank-Valter Ştaynmayer yarım saat təyyarənin pilləkənlərində
gözləməli olub.
Hava limanına yalnız Almaniyanın Qətərdəki səfiri Lothar Freyşlader gəlib.
Ştaynmayer hökumət təyyarəsinin qapısında qollarını sinəsində çarpazlayaraq
gözləməyə başlayıb və bu əsnada Lothar Freyşlader də onun yanında dayanıb.
Bir müddət sonra Qətər xarici işlər naziri Sultan bin Saad Əl Muraiqhi gəlib
və onlar Əmir Təmim bin Həməd Al Tani ilə görüşmək üçün yola düşüblər.
Görüş zamanı regional və beynəlxalq gündəmdə duran məsələlər və hadisələr,
xüsusilə Qəzza zolağı və Fələstin ərazilərindəki vəziyyət müzakirə edilib.
Digər tərəfdən, alman mətbuatında dərc olunan xəbərlərdə Almaniya hökumətinin
İsraili dəstəklədiyi xatırladılıb və yaşanan hadisənin də bu dəstəyə verilən
reaksiya olduğu qeyd edilib.
Mənbə: Ensonhaber.com