c1d51603-7371-4914-9f6e-77a0b4ae03a5..jpg

Qətər XİN: “Qəzzada girovluqdan doqquz qadın və bir azyaşlı azad edilib”

Baxış sayı: 511 dəfə baxılıb.

Qətər XİN: “Qəzzada girovluqdan doqquz qadın və bir azyaşlı azad edilib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Doqquz qadın və bir azyaşlı Qəzza zolağında girovluqdan azad edilərək Qırmızı
Xaça təhvil verilib”.

Bu barədə Qətər Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Məcid bin
Məhəmməd əl-Ənsari bildirib.

“Bir azyaşlı və doqquz qadın Qəzza zolağından azad edilib, onlardan biri
Avstriya, digər ikisi Argentina, biri isə Filippin vətəndaşıdır”, – deyə o, “X”
sosial şəbəkə hesabında yazıb.

Əl-Ənsari əlavə edib ki, onların hamısı Qırmızı Xaç Cəmiyyətinə təhvil verilib.

Mənbə: TASS

Source link