de6b1ada-09fd-401e-8510-a6be3ce217bd..jpg

Qətlə görə 11 il həbs cəzası verilmiş şəxs bəraət aldı: Təzminat istəyəcək – YENİLƏNİB + FOTO

Baxış sayı: 499 dəfə baxılıb.

Qətlə görə 11 il həbs cəzası verilmiş şəxs bəraət aldı: Təzminat istəyəcək –
YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təqsirsiz olduğu üç il on ay sonra sübuta yetirilən Polad İsmayılov təzminat
almaq üçün iddia qaldıracaq.

Bununla bağlı Cixisyolu.com-a onun vəkili Zabil Qəhrəmanov məlumat verib. O qeyd edib
ki, zərərçəkmiş Polad İsmayılov qanunvericiliklə müəyyən edilmiş təzminat
hüququndan istifadə edəcək:

“Adətən, bu cür işlərdə təzminat haqqında iddia tələbi zərərçəkmişə dəymiş
ziyanın hesablanması həbsdə qaldığı günlərin sayı və s. nəzərə alınmaqla
hazırlanır. Polad İsmayılov bu gün bəraət alıb. Sevincimizi yaşayaq, daha sonra
təzminat üçün iddia tələbi qaldıracağıq”.

Xatırladaq ki, Cinayət-Prosessual Məcəlləsinin 55-56-cı maddələrinə əsasən,
bəraət almış şəxsin maddi və mənəvi ziyana görə təzminat tələb etmək hüququ var.

12:18

İki il əvvəl kirayə qaldığı evin sahibini öldürməkdə təqsirli bilinərək 11 il
azadlıqdan məhrum edilmiş Polad İsmayılova bəraət verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Şəki Apellyasiya
Məhkəməsi qərar qəbul edib.

Rövşən Rəfiyevin sədrlik etdiyi hakimlər heyəti müttəhimin cinayəti
törətməsinə əsas verən yetərli sübutlar olmadığı qənaətinə gəlib.

Həmçinin müdafiə tərəfinin, vəkil Zabil Qəhrəmanovun ortaya qoyduğu sübutlar
məhkəmə üçün yetərli olub. Məsələn, zərərçəkmiş Seyran Əyyubova öldürülən vaxt
hadisə yerindən başqa şəxsə məxsus 3-cü qrup qan nümunəsi tapılıb. Vəkilin
sözlərinə görə, ekspert isə ovaxtkı rəyində göstərib ki, Polad İsmayılovun qanı
ilə həmin qan eyni şəxsə məxsusdur. Əsas ziddiyyət də bundadır. Çünki
P.İsmayılovun qanı 1-ci qrupdur.

Qərara əsasən 50 yaşlı P.İsmayılova bəraət verilib. O, 3 il 10 ay sonra
məhkəmə zalından dərhal azadlığa buraxılıb.

Xatırladaq ki, Zaqatala rayon sakini, 61 yaşlı Seyran Şakir qızı Əyyubova
2011-ci ilin fevralında yaşadığı evdə öldürülüb. Faktla bağlı başlanan cinayət
işinin üstü 9 il sonra açılıb. İttihama görə, mərhum S.Əyyubovanı yaşadığı evdə
günlük kirayədə qalan Polad Şəmsəddin oğlu İsmayılov şəxsi münasibətlər
zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla qətlə yetirib.

İsmayılova qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə
ittiham verilib, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə
azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Aysel Aslan

Source link