1692658e-47ba-4bbb-9ac8-d2049a5967c0..jpg

Qətlə yetirilən müğənninin qayınanası: “Kaş oğlum Yaqutu öldürməzdi, bacımın yanında xəcalət çəkirəm”

Baxış sayı: 534 dəfə baxılıb.

Qətlə yetirilən müğənninin qayınanası: “Kaş oğlum Yaqutu öldürməzdi, bacımın
yanında xəcalət çəkirəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Heç vaxt oğlumun belə bir hadisə törədəciyini gözləməzdim. O, qarışqanı belə,
incitməzdi”.

Bu sözləri “Bizimləsən” verilişində həyat yoldaşı Anar Həşimov tərəfindən
qətlə yetirilən 43 yaşlı müğənni Yaqut Həşimovanın qayınanası Tahirə Həşimova
deyib:

“Gəlinim hər il kəndə gəlirdi, uşaqla üç gün bizdə qalırdı. Yalnız bu il
gəlmədi. Aramızda problem yox idi. Yaqutu çox istəyirdim, bacımın balası idi.
Kaş oğlum Yaqutu öldürməzdi, bacımın yanında xəcalət çəkirəm”.

Tahirə Həşimova deyib ki, onlar bir-birini sevərək evlənmişdilər.

Qeyd edək ki, Yaqut Həşimova “Azəristar” müsabiqəsinin iştirakçısı olub və
şou-biznesdə Yaqut Nəriman kimi tanınıb.


Source link