Qətldə ittiham olunan azərbaycanlı Xarkovda tutuldu

Baxış sayı: 2. 535 dəfə baxılıb.

Qətldə ittiham olunan azərbaycanlı Xarkovda tutuldu

Xarkov aeroportunda polis qətldə ittiham olunaraq, beynəlxalq axtarışa verilən şəxsi saxlayıb. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb. 

Antaliyadan Xarkova uçan təyyarəyə baxış zamanı sərnişinlərdən biri sərhədçilərdə şübhə doğurub. Araşdırmalar zamanı həmin şəxsin qətldə və qarətdə şübhəli bilinən 37 yaşlı azərbaycanlı olduğu aydınlaşıb. O, Xarkov polisi tərəfindən İnterpolun Ukrayna bürosuna təhvil verilib. 

Bir müddət öncə, yayılan məlumatlarda Xarkovdakı mənzillərdən birində üç qadın cəsədinin aşkar edildiyi bildirilmişdi. 

Samir İsayev
www.ÇıxışYolu.Com