Qətldə şübhəli bilinirdi: İnfarkt keçirib öldü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dünən saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cu il
təvəllüdlü Sadiq Hüseyin oğlu Əhmədov qətlə yetirilib.
Cixisyolu.com xəbər verir ki, bu barədə Xəzər Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən 1954-cü il təvəllüdlü Natiq
Dadaşov hadisədən təxminən bir saat sonra vəfat edib.
Belə ki, saxlanılan 70 yaşlı kişi ilkin ifadəsində törətdiyi əməli etiraf edib
və bir qədər sonra o, infarkt keçirərək dünyasını dəyişib.
Hadisə yerinə təcili tibbi yardım briqadası gəlsə də, N.Dadaşovun ürəktutmadan
öldüyü bildirilib.
O da məlum olub ki, S.Əhmədovla N.Dadaşov birgə fəhlə kimi çalışıblar, daim iş
vaxtı və ya işdən sonra spirtli içki qəbul ediblər. Dava-dalaş da tərəflər
arasında yaşanan mübahisə zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.