Qəzəblənmiş “Sportinq” prezidenti 19 futbolçunu qovdu

Qəzəblənmiş “Sportinq” prezidenti 19 futbolçunu qovdu

Baxış sayı: 2. 598 dəfə baxılıb.

Lissabonun “Sportinq” futbol klubunun prezidenti Bruno de Karvalyo Avropa Liqasının 1/4 mərhələsində “Atletiko Madrid”ə qarşı ilk oyundan sonra 19 futbolçunu komandadan qovub.

ÇıxışYolu.Com “Marca” nəşrinə istinadən xəbər verir ki,  buna səbəb məğlub olan oyunçuların matçdan sonra klub rəhbərinin iradlarına qarşı çıxmaları olub.

Komandanın oyunçuları, o cümlədən hücumçusu Seydu Dumbiya, sosial şəbəkədə  klub prezidentinin bəyanatları ilə bağlı narazılıq ifadə edib.

“Biz ideal deyilik, ideal oyunçuların da olduğuna inanmırıq. Bir hər zaman irəliləməyi arzulayırıq.  Dünyada ideal futbolçu, və ya ideal komanda yoxdur. Ancaq oyun istədiyimiz kimi alınmayanda, buna görə məsuliyyəti öz üzərimizə götürürük. Bütün problemləri komanda daxilində həll etmək lazımdır, oyunçuları ictimai şəkildə qınamağa lüzum yoxdur” deyə Dumbiya kollektivin adından yazıb.

Bundan sonra Karvalyo, onun tənqidləri ilə razılaşmayan 19 futbolçunun klub sıralarından kənarlaşdırılacağını və intizam cəzası alacaqlarını bəyan edib.

.
www.ÇıxışYolu.Com