dc1e25d2-eea1-43b3-b64a-f37e43dc4996..jpg

Qəzaya düşən 15 yaşlı motosikletçi xəstəxanada öldü

Baxış sayı: 540 dəfə baxılıb.

Qəzaya düşən 15 yaşlı motosikletçi xəstəxanada öldü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 10-da Masallı rayonunda motosikletlə ağır qəza törədən 15 yaşlı oğlan
xəstəxanada vəfat edib.

Cixisyolu.com xəbər verir ki, Masallı-Köçəkli yolunun Təkdam kəndindən keçən
hissəsində 15 yaşlı Əjdər İbrahimovun sürdüyü “İj” markalı motosiklet
mikroavtobusa çırpılıb.

Nəticədə yeniyetmə ağır xəsarət alıb və Masallı Rayon Mərkəzi Xəstəxanasına
yerləşdirilib.

Tibbi yardıma baxmayaraq, 2008-ci il təvəllüdlü Ə.İbrahimov ötən gün vəfat
edib.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Source link