fb724011-cef8-4cc9-95af-85af24880731..jpg

Qəzaya düşən daha bir PFL rəsmisi xəstəxanadan evə buraxıldı

Baxış sayı: 526 dəfə baxılıb.

Qəzaya düşən daha bir PFL rəsmisi xəstəxanadan evə buraxıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdam-Xankəndi yolunda baş vermiş qəza nəticəsində xəsarət alan Peşəkar Futbol
Liqasının (PFL) daha bir əməkdaşı xəstəxanadan evə buraxılıb

Cixisyolu.com-ın məlumatına görə, qurumun media və marketinq direktoru Sənan
Abdullayevin xəstəxana şəraitində müalicəsi başa çatıb.

Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev ötən gün palataya
köçürülüb. Qurumun prezidenti Elxan Səmədovun müalicəsi isə reanimasiyada davam
etdirilir.

Qeyd edək ki, ötən gün PFL-in icraçı direktoru Zaur Hacı-Məhərrəmov və
texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov evə buraxılıb.

Könül Cəfərli

Source link