Qəzaya düşən dörd yaşlı əkizlər qaranlıq meşədən keçib kömək çağırdılar

Baxış sayı: 2. 392 dəfə baxılıb.

Qəzaya düşən dörd yaşlı əkizlər qaranlıq meşədən keçib kömək çağırdılar

ABŞ-ın Vaşinqton ştatında meşə yaxınlığında avtomobil qəzaya uğrayıb.

Qəza zamanı avtomobildə olan əkiz bacılar sağ qalıb, ataları 47 yaşlı Kori Simons ağır kəllə-beyin travması alaraq ölüb.

“TheSun”ın xəbərinə görə, dörd yaşlı Rozalin və Avrora qəzaya uğramış avtomobilin sınmış pəncərəsindən çölə çıxa biliblər.

Daha sonra 60 metr hündürlükdə olan qaranlıq meşədən keçib yola çıxıblar və insanları köməyə çağıra biliblər.

Köməyə gələn insanlar təcili yardım çağırıblar, qəza nəticəsində stres keçirmiş uşaqlar xəstəxana çatdırılıb.

Polis qəzanın təfərrüatını araşdırır.