7963e54c-d137-4631-b1cf-6d65450fa911..jpg

Qəzaya düşən Mehriban Zəkinin vəziyyəti açıqlandı – VİDEO

Baxış sayı: 720 dəfə baxılıb.

Qəzaya düşən Mehriban Zəkinin vəziyyəti açıqlandı – VİDEO

Avtomobil qəzası keçirən Xalq artisti Mehriban Zəkinin səhhətindən xəbər var.

Sənətçinin vəziyyəti günbəgün daha da yaxşılaşır. Bu barədə Əməkdar artist
Dilarə Əliyevanın qardaşı, aktyor Vüsal Murtuzəliyev deyib.

O, “MTV xəbər”ə açıqlamasında Xalq artistinin səhhəti ilə mütəmadi
maraqlandıqlarını bildirib:

“Mehriban xanımla hər gün danışırıq, yanına gedirik. Şükür, vəziyyəti
yavaş-yavaş yaxşılaşır. Hələ ki xəstəxanada müalicə alır. Tam sağalana kimi
orada qalacaq. Dilarə ilə də danışırlar. Bir-birlərinə dəstək olurlar. Mehriban
xanım güclü qadındır. İnanıram ki, o da özünə mənəvi cəhətdən toxtaqlıq
verəcək. Təbii ki, əsas sağlamlığıdır. O da düzələcək”.

Xatırladaq ki, martın 22-də Abşeron rayonu ərazisində O.Əliyevin idarə etdiyi
“Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobili idarə edən O.Əliyev vəfat edib
, Xalq artisti Mehriban Zəki yaralanıb,
O.Əliyevin həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər
alıb.


Source link