Qəzaya düşən PFL əməkdaşlarından ikisi evə buraxıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayonu ərazisindən keçən hissəsində qəzaya
düşən Peşəkar Futbol Liqasının əməkdaşlarından ikisinin xəstəxanada müalicəsi
başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, qurumun icraçı direktoru Zaur Hacı-Məhərrəmov,
texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov artıq evə buraxılıb.
Media və marketinq direktoru Sənan Abdullayevin də 2 gün sonra evə
buraxılacağı bildirilib.
PFL-in prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin
müalicəsi isə davam etdirilir. Onların vəziyyəti ilə bağlı hər hansı yenilik
yoxdur.
Qeyd edək ki, PFL əməkdaşları dekabrın 16-da qəzaya düşmüşdülər.