20a0d81c-7dca-4cc5-9691-84ff4c81abc2..jpg

Qəzaya düşən PFL rəhbərliyi “Qarabağ”ın oyununa görə Xankəndiyə gedirmiş – YENİLƏNİB + VİDEO

Baxış sayı: 365 dəfə baxılıb.

Qəzaya düşən PFL rəhbərliyi “Qarabağ”ın oyununa görə Xankəndiyə gedirmiş –
YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saatlarında Ağdamda qəzaya düşən PFL rəhbərliyinin Xankəndiyə
səfəri dekabrın 21-də baş tutacaq Azərbaycan Kubokunun 1/8 final mərhələsinin
“Qarabağ” – MOİK görüşü ilə bağlı olub.

Cixisyolu.com-ın məlumatına görə, onlar bu məqsədlə mikroavtobus icarəyə götürüblər
və gecə saatlarında yola düşüblər.

11:45

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət
alan 6 nəfər 16.12.2023-cü il tarixində saat 7 radələrindən başlayaraq Bərdə
Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Bu barədə Cixisyolu.com-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd edilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi
xidmətlər göstərilib. Onlardan ikisinin vəziyyəti ağır, ikisinin vəziyyəti orta
ağır, ikisinin vəziyyəti isə stabil qiymətləndirilir.

Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.

11:26

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun
yol kənarındakı maneəyə çırpılması nəticəsində xəsarət alanların sayı 6 nəfərə
çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, onlar Bakı sakinləri 1984-cü il
təvəllüdlü Sənan Məstəli oğlu Abdullayev, 1974-cü il təvəllüdlü Elxan Zakir
oğlu Səmədov, 1982-ci il təvəllüdlü Rasim Məmmədrəsul oğlu Qafarlı, 1981-ci il
təvəllüdlü Aslan Yadigar oğlu Şahgəldiyev, 1990-cı il təvəllüdlü Elgiz Rafiq
oğlu Abbasov, 1981-ci il təvəllüdlü Zaur Tahir oğlu Hacıməhərrəmovdur. Xəsarət
alan şəxslər Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda
xəsarət alan şəxslər Bakıya göndərilir.

Mikroavtobusda qəzaya düşən şəxslərin Peşəkar Futbol Liqasının (PFL)
əməkdaşları olduğu bildirilir.

Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, xəsarət alan Elxan Səmədov PFL-in
prezidentidir və onun vəziyyəti ağırdır. E.Səmədov Bakıya gətirilir.

Qəzaya düşən Sənan Abdullayev PFL-in mətbuat katibi, Aslan Şahgəldiyev qurumun
vitse-prezidenti, Elgiz Abbasov PFL-də texniki idman direktoru və Zaur
Hacıməhərrəmov qurumun icraçı direktorudur.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Cixisyolu.com-ın sorğuya cavab
olaraq bildirilib ki, bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın
yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakinin Rəsul
Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Xankəndi şəhəri
istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Həssas görüntülər

09:46

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağdam rayonu,
Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar
xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Qarabağ Regional
Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı
mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, 3 nəfər avtomobildə sıxılmış
vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif
xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına
təhvil verilib.

Aysel Aslan

Source link