Rəsmi Ankara Yunanıstan hərbi hava qüvvələrinə aid qırıcının Türkiyə hərbi təyyarəsinin “təhlükəli məsafəyə qədər” yaxınlaşması nəticəsində qəzaya uğraması haqqında iddiaları təkzib edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi hökumət mənbələrinə istinadən məlum yayıb.
Türkiyə hərbi komandanlığı Egey dənizində, Skiro adası yaxınlığında qəzaya uğramış “Mirage 200” təyyarəsinin qəzaya uğraması ilə Türkiyə hava qüvvələrinin heç bir əlaqəsi olmadığını bəyan edib.
Belə ki, həmin an qəza bölgəsinin hava məkanında Türkiyəyə aid heç bir təyyarə uçmayıb.