Qəzza hadisələrinə hərbi cinayət kimi baxıla bilər

Qəzza hadisələrinə hərbi cinayət kimi baxıla bilər

Baxış sayı: 2. 245 dəfə baxılıb.

Qəzza zolağında fələstinlilərin qətli  dördüncü Cenevrə konvensiyasını kobud şəkildə pozur. Bu səbəbdən həmin hadisələr qəsdən adam öldürmə və ya hərbi cinayət kimi araşdırıla bilər.

ÇıxışYolu.Com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu bəyanatla BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Maykl Link açıqlama verib.

Sənədin müəllifi İsrail hökumətini dərhal fələstinlilərə qarşı “ölümcül hücumlara” son qoymağa çağırıb. Linkin təbirincə fələstinli etirazçıların hərəkətləri İsrail təhlükəsizliyinə hər hansı ciddi təhlükə yaratmayıb və ona görə döyüş güllələrindən lüzumsuz olaraq istifadə olunub.

Məruzəçinin sözlərinə görə, İsrail hakimiyyəti insan haqları sahəsində beynəlxalq qanunları pozmağa davam etsə, yaxın günlərdə ölən və yaralanan fələstinlilərin sayı kəskin şəkildə artacaq.

.
www.ÇıxışYolu.Com