51bd7ada-8fba-49b8-baa3-e7ea4c127682..jpg

Qəzza zolağında ərzaqla təmin edilən insanların sayı açıqlandı – FOTO

Baxış sayı: 426 dəfə baxılıb.

Qəzza zolağında ərzaqla təmin edilən insanların sayı açıqlandı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı (ÜƏP) noyabrın
24-dən Qəzza zolağında 120 mindən çox insanı zəruri ərzaqla təmin edib.

Bu barədə təşkilatın “X” sosial şəbəkəsindəki (keçmiş “Twitter”) hesabında
məlumat paylaşılıb.

“Ümumdünya Ərzaq Proqramı cümə günündən bəri 121 161 nəfəri, o cümlədən
əlçatmaz ərazilərdəki ailələri zəruri ərzaqla təmin edib. Bu günə qədər biz
ümumilikdə demək olar ki, 760 min nəfəri əhatə etmişik. Lakin insanların dörd
gün deyil, hər gün qidaya ehtiyacı var. Yardımın miqyasını genişləndirmək və
qoruyub saxlamaq lazımdır”, – deyə qeyd olunub.

🔴#Gaza update:

Since Friday, @WFP reached
121,161 people with emergency food, including families in hard-to-reach areas.

To date, we’ve reached a total of nearly 760,000 people.

➡️But people need food every day, not just for 4 days.

Assistance must be scaled up & sustained. pic.twitter.com/UOWRPNnVGU

— WFP in the Middle East & North Africa (@WFP_MENA) November 27, 2023

Mənbə: TASS

Source link