Qəzza zolağında intensiv döyüşlərin nə qədər davam edəcəyi açıqlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qəzza zolağında HƏMAS radikallarına qarşı intensiv döyüşlər ən azı daha iki ay
davam edəcək.
Bu barədə İsrailin Kan dövlət radiosu siyasi sistemdəki mənbəyə istinadən
məlumat yayıb.
Məlumata görə, ötən iki aylıq gərgin döyüşlərdən sonra hazırda Qəzzada atəşkəs
gözlənilmir və zolaqda yerli əməliyyatlar Fələstin anklavının daxilində qalacaq
ordu birləşmələri tərəfindən həyata keçiriləcək.
Bildirilir ki, növbəti iki ay ərzində İsrail oktyabrın 7-də radikallar
tərəfindən oğurlanan və sektorda saxlanılan girovların azad edilməsi üçün
sövdələşmələr aparmağa çalışacaq.