ca346784-06df-488b-b84a-0baf905bd936..jpg

Qəzzada əməliyyat başlayandan bəri İsrail ordusu 15 min hədəfi məhv edib

Baxış sayı: 445 dəfə baxılıb.

Qəzzada əməliyyat başlayandan bəri İsrail ordusu 15 min hədəfi məhv edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəzza zolağında quru əməliyyatı başlayandan bəri İsrail Müdafiə Qüvvələri 15
min hədəfi məhv edib.

Bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü Piter Lerner brifinq zamanı
bildirib.

“Qəzzaya hücumun 38 günü ərzində 15 min hədəf, o cümlədən 300 yeraltı tunelin
məhv edilməsi də daxil olmaqla, bir sıra mühüm nəticələr əldə etmişik”, – deyə
hərbi sözçü bildirib.

Lerner, həmçinin düşmən qüvvələrinin İsrail əsgərləri üçün tələlər hazırladığı
bir neçə yüz evin də dağıdıldığını qeyd edib.

Mənbə: TASS

Source link