Qəzzada Azərbaycan vətəndaşları var? – RƏSMİ CAVAB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qəzzada Azərbaycan vətəndaşının olub-olmamasına dair məlumatımız yoxdur”.
Bunu “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin
Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, oktyabrın 7-də HƏMAS-la İsrail arasında müharibə başlayandan
bəri İsraildə səkkiz Azərbaycan vətəndaşı həlak olub:
“Səfirliyimiz işini davam etdirir. Hansısa ciddi məhdudiyyət yoxdur”.