Qəzzada “Əl-Qüds” xəstəxanasının fəaliyyəti dayandırılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fələstin Qızıl Aypara Cəmiyyəti (PRSC) Qəzza zolağının şimalında yerləşən
“Əl-Qüds” xəstəxanasının yanacaq və elektrik çatışmazlığı səbəbindən
fəaliyyətini dayandırdığını bildirib.
“12 noyabr 2023-cü ildə Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza şəhərində
“Əl-Qüds” xəstəxanasının sıradan çıxdığını və artıq fəaliyyət göstərmədiyini
elan etdi. (Tibbi) xidmətlərin dayandırılması mövcud yanacağın (ehtiyatların)
tükənməsi və elektrik enerjisinin kəsilməsi ilə əlaqədardır”, – deyə təşkilatın
“X” (keçmiş “Twitter”) sosial şəbəkəsindəki hesabında dərc edilən bəyanatda
qeyd olunub.
Qeyd edildiyi kimi, tibb müəssisəsinin kollektivi dərman, qida və su
çatışmazlığı ilə üzləşən ağır humanitar şəraitdə olan xəstələrə və yaralılara
yardım göstərmək üçün bütün güclərini sərf edir.
Xatırladaq ki, şənbə günü səhər PRSC, Qüds Xəstəxanasının elektrik
generatorlarının yanacağı bitdiyi üçün yaxın üç saat ərzində fəaliyyətini
dayandıra biləcəyini bildirmişdi.
Daha əvvəl təşkilat İsrailin bombardmanları səbəbindən xəstəxanaya gedən bütün
yolların bağlandığı barədə məlumat vermişdi.
Mənbə: TASS