Qəzzada gərginlik: 6 ölü, 506 yaralı

Baxış sayı: 2. 737 dəfə baxılıb.

Qəzzada gərginlik: 6 ölü, 506 yaralı

Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda altı fələstinli ölüb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra məlumat verib. 

O bildirib ki, toqquşmalar zamanı 506 nəfər yaralanıb.

Qeyd edək ki, Fələstində “Böyük qayıdış yürüşü” adlı etiraz aksiyaları cümə günləri geniş vüsət alır. Nəticədə bu, İsrail hərbçiləri ilə toqquşmalara səbəb olur. 

İsrail ordusunun məlumatında deyilir ki, aksiyada 10 mindən çox adam iştirak edib.

www.ÇıxışYolu.Com