Qəzza bölgəsində ötən həftə baş vermiş qanlı toqquşmalardan sonra fələstinli fəallar yenidən İsrail sərhədinə yürüş etmək qərarına gəlib.
ÇıxışYolu.Com “BBC”yə istinadən xəbər verir ki, əsasən fələstinli gənclərdən ibarət etirazçıların keçirdiyi yürüşdə İsrail hərbçiləri ilə qarşıdurma yaşanıb.
İsrail əsgərləri atəş açaraq azı üç fələstinlini qətlə yetirib.
İsrail hərbi komandanlığı əmin edir ki, əsgərlər yalnız İsrail-Qəzza sərhədində olan divarı sökməyə çalışan fəallara atəş açıb.
“Böyük qayıdış” yürüşü iştirakçılarının İsrail hökumətindən əsas tələbi, fələstinli qaçqınların öz doğma vətənlərinə qayıtmalarıdır.
İsrail yaranmış gərginliyə görə, “Həmas” hərəkatını günahlandırır.