Qəzzanın Səhiyyə Nazirliyi 2023-cü ilin oktyabrından bəri İsrail hərbçilərinin
əməliyyatları nəticəsində anklavda həlak olan fələstinlilərin sayının 41.9 minə
yaxınlaşdığını bildirib.
Cixisyolu.com TASS-a istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində ölənlərin
sayı 41 870-ə yüksəlib, daha 97 166 nəfər yaralanıb. Təkcə son 24 saat ərzində
İsrailin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması və bombalaması nəticəsində
45 fələstinli ölüb, 256 nəfər yaralanıb.
Qeyd edək ki, Fələstinin HƏMAS hərəkatı yaraqlılarının 2023-cü il oktyabrın
7-də Qəzza zolağından İsrail ərazisinə daxil olması, sərhəd yaşayış
məntəqələrinin sakinlərini öldürməsi və 250-yə yaxın girov götürməsindən sonra
Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.