İsraillə Qəzza bölgəsinin sərhədində baş verən toqquşmalarda gənc fələstinli etirazçı həlak olub, 100 dən çox insan yaralanıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “WAFA” məlumat yayıb.
İnformasiyaya görə, 21 yaşlı fələstinli qız Xan Yunus yaşayış məntəqəsinin şərqində keçirilən aksiya zamanı həlak olub.
Toqquşmalarda İsrail hərbçilərinin etirazçıları atəşə tutduğu bildirilir. Zərərçəkənlərdən 40 nəfərə yaxını güllə yarası ilə müxtəlif xəstəxanalara yerləşdirilib.
İsrail Qəzza sərhədində “Böyük qayıdış yürüşü” adı altında keçirilən etirazlar sərasər on həftədir ki, davam edir. Etirazçıların İsrail hökumətindən əsas tələbi, fələstinli qaçqınların doğma torpaqlarına buraxılmalarıdır.