Qəzzada toqquşmalar: 80 yaralı – FOTO + VİDEO

Qəzzada toqquşmalar: 80 yaralı – FOTO + VİDEO

Baxış sayı: 2. 640 dəfə baxılıb.

Qəzza zolağında cümə namazından sonra fələstinlilər yenidən İsrail sərhədinə yürüş edib.

ÇıxışYolu.Com xəbər verir ki, sərhəddə baş vermiş toqquşmalarda azı 80 fələstinli zərərçəkib.

Onların bir hissəsi israilli hərbçilərin açdığı atəş nəticəsində yaralanıb, qalanları gözyaşardıcı qazın təsirindən zəhərlənib.  

Bu barədə Fələstinin “Qızıl aypara” cəmiyyətinin rəsmisi açıqlama verib.

İsrail ordusu kütləvi aksiyada yeddi minə yaxın fələstinlinin iştirak etdiyini bildirib.

Qeyd edək ki, fələstinlilər “Böyük qayıdış” yürüşü çərçivəsində ardıcıl altıncı həftədir ki, İsrail sərhədində etiraz aksiyası keçirir. Etirazçılar fələstinli qaçqınların öz doğma torpaqlarına buraxılmalarını tələb edir.

.
www.ÇıxışYolu.Com