Qəzza bölgəsində İsrail hərbçiləri ilə etirazçılar arasında baş verən toqquşmalarda 448 nəfər yaralanıb, bir fələstinli ölüb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” Fələstinin səhiyyə nazirliyinə istinadən məlumat yayıb.
Zərərçəkənlərin bir hissəsi güllə yarası alıb, qalanları gözyaşardıcı qazdan zəhərlənib.
Qeyd edək ki, Qəzza zolağında “Böyük qayıdış” yürüşü artıq yeddinci həftədir ki, davam edir. Aksiyaların mayın 15-də “Nəkbə” (“Milli faciə”) gününün 70-ci ildönümündə daha da kəskinləşəcəyi gözlənilir.
Etirazçılar İsrail hökumətindən fələstinli qaçqınların öz dədə-baba torpaqlarına buraxılmalarını tələb edir.