Qəzzanın cənubunda beş saatlıq atəşkəs elan edilib? – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İsrail humanitar yardımın daxil olması üçün Rəfah sərhəd keçidinin açılmasına
imkan verən Qəzza zolağının cənubunda atəşkəsə razılıq verdiyinə dair xəbərləri
təkzib edib.
Bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun Dəftərxanasının yaydığı qısa
bəyanatda bildirilib.
“Hazırda Qəzza zolağına humanitar yardımın daxil olması və əcnəbilərin ölkəni
tərk etməsi üçün atəşkəs elan edilməyib”, – deyə bəyanatda qeyd edilib.
Xatırladaq ki, bundan əvvəl “Reuters” xəbər agentliyi Misirin iki
təhlükəsizlik rəsmisinə istinadən xəbər vermişdi ki, İsrail Misir və ABŞ ilə
razılaşdırılmış şəkildə səhər saat 9-dan atəşkəsə razılıq verib.
Mənbə: “Times of İsrael”
09:50
Qəzza zolağının cənub bölgələrində beş saat davam edəcək atəşkəs rejimi tətbiq
edilib.
Bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Məlumata görə, bu addım əcnəbi vətəndaşların anklavı tərk edə bilməsini təmin
etmək, eləcə də Qəzzaya humanitar yardım göndərmək məqsədi daşıyır. Atəşkəs
yerli vaxtla saat 09:00-da qüvvəyə minəcək (Bakı vaxtı ilə 10:00).
Qəzza ilə Misir arasındakı sərhəddə yerləşən Rəfah keçid məntəqəsində ən azı
100 yardım maşını toplanıb və humanitar dəhlizin açılmasını gözləyir.
Mənbə: TASS