“Q Rəng” - İndiyə qədər görmədiyiniz dolğun və təbii rənglər

“Q Rəng” – İndiyə qədər görmədiyiniz dolğun və təbii rənglər

Baxış sayı: 2. 360 dəfə baxılıb.

Hər birimiz “Sehirli Xalat”, “Bir qalanın sirri”  və s. bu kimi köhnə  filimləri çox sevirik  və əlbəttə unutmuruq. Lakin, artıq belə filmlər çəkilmir. Bu filmlərin geyim və dekorasiyasının rəngarəngliyini təəssüf ki, o dövrün, texnologiyası tam ifadə etməyə imkan vermirdi.

O zaman bu mümkün olsaydı,  biz Rəşidin sehirli xalatının hansı rəngdə parladığını, Göygöz Kosanın o gözlərinin necə də vahimələndirdiyinin şahidi olardıq. Müasir həyatıımızda olan texnologiyalar sayəsində biz daha təbii və canlı təsvirdən zövq ala bilirik.

Belə ki, “Samsung” şirkətinin yeni “QLED” televizorları, işığı ideal rəngə çevirə bilən kvant nöqtələri texnologiyası ilə təchiz olunub. Bu bacarıq rəngin mövcud olan ən incə çalarlarını ifadə etməyə və maksimal rəng həcmini ötürməyə imkan yaradır.

Bəs rəng həcmi nədir? Rəng həcmi – rəng ötürülməsinin dolğunluğunu və dəqiqliyini ifadə edən göstəricidir. Buna misal olaraq, siz audio sistemin səsini ucaldarkən, daha həcmli səs eşitdiyiniz kimi, rəng həcmini artırarkən, incə rəng tonlarını özündə əks etdirən daha geniş rəng diapazonu əldə edirsiniz.

Yeni “Samsung QLED” televizorları kvant nöqtələrinin işığını və RGB rəng fəzasını özündə birləşdirərək, maksimal rəng həcmini ifadə etməyə qadirdirlər. “Samsung” modelləri, “Verband Deutscher Elektrotechniker” (VDE) ümumdünya testləşmə və sertifikasiya assosiasiyası tərəfindən  bu bacarıqlarının rəsmi təsdiqini almış birinci televizrolardır.

“QLED” televizorları eksklüziv olaraq Samsug tərəfindən təkmilləşdirilmiş və kadmiy istifadə olunmadan istehsal olunmuş kvant texnologiyaları əsasında işləyir.

Bu texnologiya “QLED” ekranında işığı milyardlarla rəng çalarına çevirə bilən nano-zərrəcikdən ibarət  örtük ilə ifadə edilir. Strukturu almaz strukturuna bənzər bu nöqtələrin tərkibinə orqanik maddələr daxil deyil, həmçinin onlar işıq keçirmə qabiliyyətinə malikdirlər. Bu səbəbdən bu nano-zərrəciklər zamanla köhnəlməyə məruz qalmayaraq,  təsvir keyfiyyətini itirmədən uzun istismar müddətinə sahibdirlər.

“Samsung QLED” televizorları ilə indi sizə də seyrdən həzz alacaqsınız. 

“Samsung QLED TV” televizorları haqqında əlavə məlumat almaq üçün “Baku Electronics”, “Kontakt Home”, “Maxi.az”, “Soliton” və “Optimal” mağazalar şəbəkəsinə müraciət edə bilərsiniz.

www.ÇıxışYolu.Com