Qazanc məqsədi ilə adam qaçıranlar, bunun üçün atdıqları hər addımın ən xırda detallarını da götür-qoy edirlər. İlk növbədə, onlar buraxılacağı təqdirdə böyük məbləğdə pul almaq mümkün olan şəxsləri oğurlamağa üstünlük verirlər.
Buna görə də, məntiqəuyğundur ki, keçmişdə oğrular böyük sərvətə malik dövlət başçılarını qaçırmağa üstünlük verirdilər.
ÇıxışYolu.Com azad edilmək üçün oğrulara küllü miqdarda pul ödəməli olmuş keçmiş dövrün 5 hökmdarını təqdim edir (Göstərilmiş məbləğ inflyasiya nəzərə alınmadan müasir dollara çevrilib – red.):
Yuriy Sezar – 69 mln dollar
E.ə. 75-ci ildə 25 yaşlı Yuriy Sezar Yunanıstana yollanarkən dəniz quldurları tərəfindən qaçırılır. Həmin zamanlar onun Romaya hələ hökmranlıq etməməyinə baxmayaraq, o, yenə də tanınmış nəsildən idi. Sezar quldurlara ona görə 20 talant ala biləcəklərini deyir və zarafatla əlavə edir ki, onu qaçırdıqlarına görə cəzalanacaqlar.
Nəticədə, quldurlar 50 talant alırlar. Sezarın özü isə sözünün üstündə durur. Belə ki, o, geri dönərək həmin quldurları tapır və cəzalandırır.
Qeyd edək ki, bir talant 32,3 kq-a müvafiq idi.
Şirürəkli Kral Riçard – 17,4 mln dollar
Şirürəkli Riçard Qüdsə Səlib yürüşləri təşkil edən ambisiyalı kral idi. O, nəinki öz planlarında uğur qazana bilmir, hətta İngiltərəyə qayıdarkən əsir də götürülür.
Kral Riçard german hökmdarına təhvil verilir. O isə öz növbəsində kralın azad edilməsinə görə 150 min marka tələb edir.
Həmin dövrdə bir markanın 1,7 qram gümüşə müvafiq olduğunu nəzərə alsaq, Riçarda görə 25 500 kq gümüş ödənilmişdi.
Tarixçilər bildirirlər ki, inflyasiya nəzərə alındıqda, müasir pulla hesablamada Riçarda görə 3 mlrd dollardan artıq pul ödənilib.
II İoann – 433 mln dollar
Kral II İoann Pautye döyüşü zamanı İngiltərə Kralı III Edvard tərəfindən qaçırılaraq, dörd il əsir saxlanılır.
II İoannın azad edilməsi üçün Fransanın qərb torpaqlarının bir hissəsinin İngiltərəyə verilməsi və Fransa tərəfinin 3 mln kron ödəməsi ilə bağlı danışıqlar aparılırdı.
Məbləğ olduqca böyük idi. Buna görə də II İoann lazımi məbləği toplamaq üçün Fransaya göndərilir. O öz yerinə girov qismində isə oğlu Anjuylu Lüdoviki qoyur.
Lakin bir müddət sonra oğlu əsirlikdən qaçır və İoann İngiltərəyə qayıtmalı olur.
O, İngiltərəyə qayıtdıqdan bir il sonra naməlum xəstəlikdən ölür.
Qeyd edək ki, XIV əsrdə bir ingilis kronu qızıldan hazırlanırdı və 3,69 qram ağırlığında idi.
Şotlandiya kralı II David – 230090 dollar
II David də İngiltərədə Fransa kralı II İoanla eyni zamanda dustaq edilib və on ildən artıq əsirlik saxlanılıb.
Kral David Fransaya kömək etmək üçün İngiltərəyə hücum edir və 1346-cı ildə Nevills-Kross döyüşündə məğlubiyyətə uğrayır. Beləliklə də, əsr götürülərək, Şotlandiyanı karlsız qoyur. İngiltərə isə kralı azad etmək üçün 100 min şotland markası tələb edir.
O dövrdə bir şotland markasının tən yarısının gümüşdən hazırlandığını nəzərə alsaq, nəticədə xeyli məbləğdə pul alınırdı. Bu vəsaiti toplamaq üçün isə Kral David Şotlandiya əhalisinə yüksək vergilər təyin etməli olur.
İmperator Ataualpa – 72 mlrd dollar
Bu, bütün tarix boyu azad edilmək üçün ödənilmiş ən böyük məbləğ hesab olunur. İnklərin imperatoru Ataualpa Fransisko Pisarro tərəfindən əsr götürüldükdən sonra İspaniya konkistadoruna qızıl və gümüş təklif edir.
Pisarro pulu qəbul edir, lakin Ataualpanı hər kəsin gözü önündə edam edir.
Ataualpa inklərin sonuncu imperatoru idi. Onun edamından sonra Pisarro Peru və onun paytaxtı Limanın əsasını qoyur.
Sənədlərə əsasən, Ataualpanın qızılı 22x8x17 ölçüsündə otağa yerləşdirilmişdi. Əgər bir kub futun 17 554,48 troy unsiyalı qiymətli metala müvafiq olduğunu nəzərə alsaq, Pisarro Ataualpanın ona ödənişi etdikdən sonra dövrünün ən zəngin insanlarından biri olub.