ec25eaa0-fdfb-4eb8-99a0-b609c996c2f6..jpg

Qaçış üzrə 41 illik rekord qırıldı

Baxış sayı: 829 dəfə baxılıb.

Qaçış üzrə 41 illik rekord qırıldı

Niderlandlı atlet Femke Bol bazar günü qapalı məkanda 400 metr məsafəyə
qaçışda yeni dünya rekordu müəyyənləşdirib.

Nailiyyət ölkənin Qapalı Atletika Çempionatında müəyyən edilib.

Bol 49,26 saniyə nəticə göstərib. Əvvəlki nailiyyəti 1982-ci il martın 7-də
çexoslovakiyalı Yarmila Kratoxvilova təyin edib. İdmançı vaxtilə məsafəni 49,59
saniyəyə qaçaraq rekorda imza atıb.

Qeyd edək ki, Bol 22 yaşındadır və 400 metr məsafəyə maneələrlə qaçışda Tokio
Olimpiadasının bürünc mükafatçısıdır. Qadın 2022-ci il Dünya Çempionatında eyni
yarış üzrə gümüş medal qazanıb. İdmançı üçqat Avropa çempionudur.

Mənbə: TASS

Source link