Azərbaycan Milli Məclisin deputatı Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub.
ÇıxışYolu.Com-ın məlumatına görə, bu, prezident İlham Əliyevin yeni hökumətin tərkibinin təsdiq olunması ilə bağlı imzaladığı sərəncamda əks olunub.
Qeyd edək ki, buna qədər müvafiq komitənin sədri Əli Həsənov idi.