2dbe6a55-ba16-41de-a554-dc7e2c1835fc..jpg

“Qaçqınkom”un bir milyon manata yaxın kommunal borcu yaranıb? – RƏSMİ AÇIQLAMA + YENİLƏNİB

Baxış sayı: 516 dəfə baxılıb.

“Qaçqınkom”un bir milyon manata yaxın kommunal borcu yaranıb? – RƏSMİ AÇIQLAMA
+ YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin heç bir
quruma kommunal xidmətlərə görə borcu yoxdur.

Bu barədə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, məcburi köçkünlər kommunal xidmətlərə görə ödənişləri həmin
xidmətləri göstərən qurumlara abunə müqaviləsi və müvafiq sayğac göstəriciləri
əsasında ödəyirlər:

“Kommunal və digər xidmətlər üzrə ödənişlərin əvəzi olaraq məcburi köçkünlərə
dövlət büdcəsindən vahid aylıq müavinət verilir. Vahid aylıq müavinətdən
təyinatı üzrə istifadə edilməsi ilə bağlı Dövlət Komitəsinin aidiyyəti şöbəsi,
yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi
köçkünlər arasında müntəzəm məlmatlandırma və təşviqat tədbirləri həyata
keçirilir”.

Məlumat üçün bildirək ki, bəzi mətbuat orqanlarında “Qaçqınkom”un digər quruma
bir milyon manatdan artıq borcu olması haqqında məlumat yayılıb.

12:52

“Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin balansında
olan yaşayış binasına görə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinə 965 min
manat həcmində debitor borcu yaranıb”.

APA xəbər verir ki, bunu SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası
çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib. Onun
sözlərinə görə, debitor borcu binanın istiliklə təmin olunması üçün verilən
qaza görə yaranıb. Məcburi köçkünlərin yaşadığı həmin bina Bakının Suraxanı
rayonunda yerləşir.

“Azəristiliktəchizat” ASC elan etdi ki, həmin bina bizim balansımızda deyil.
“Qaçqınkom”un balansında olduğuna görə, biz də onun qazanxanasına qaz verirdik
və nəticədə, 965 min manat debitor borcu yarandı. Ümidvarıq ki,
“Azərictiliktəchizat” ASC necə ki, öz debitor borcuna həssas yanaşır, digər
dövlət qurumu da həmin debitor borcunun ödənişi ilə bağlı konkret hərəkətə
keçəcək ”, – deyə Eldəniz Vəliyev əlavə edib.

Source link