75411d80-a314-4915-a8ff-ebb1cc1aa249..jpg

Qadın boksçulardan ibarət Azərbaycan millisi Almatıda hazırlıq keçəcək

Baxış sayı: 596 dəfə baxılıb.

Qadın boksçulardan ibarət Azərbaycan millisi Almatıda hazırlıq keçəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb. Seçmə
komanda Almatı Olimpiya Hazırlıq Mərkəzində təlim-məşq toplanışı keçəcək.

Cixisyolu.com Boks Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir ki,
hazırlığa Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva
(57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) cəlb olunublar.
Bu gün start götürəcək məşqlər mayın 18-dək davam edəcək.

Boksçularımızın hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır.

Qeyd edək ki, toplanış II Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri
daşıyır.

Source link