Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün
növbəti oyununu keçirəcək.
Cixisyolu.com-ın məlumatına görə, C Liqasının 3-cü qrupunda yer alan Siyasət
Əsgərovun rəhbərlik etdiyi kollektiv III turda Farer adaları ilə qarşılaşacaq.
Klaksvik şəhərində yerləşən “Djupumyru” stadionunda baş tutacaq görüşün start
fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək. Matçı Latviyadan olan hakimlər
briqadası idarə edəcək. Görüşdə ədalət təmsilçisi Yelena Yermolayeva olacaq.
Qeyd edək ki, Azərbaycan millisi ilk iki turdan sonra 4 xalla qrupa liderlik
edir.