be492902-42b4-4c50-84a0-24b540758264..jpg

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün seçmə mərhələdə ilk oyununa çıxacaq

Baxış sayı: 374 dəfə baxılıb.

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün seçmə mərhələdə ilk
oyununa çıxacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının
seçmə mərhələsində ilk oyununu keçirəcək.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv səfərdə
Macarıstanla üz-üzə gələcək.

B Liqasının I qrupunun oyunu Bakı vaxtı ilə saat 19:45-də start götürəcək. Baş
hakim ingiltərəli Kirsti Doul olacaq.

Qrupun digər matçında Türkiyə İsveçrənin qonağı olacaq. Bu görüş saat 21:00-da
start götürəcək.

Source link