52e0b9c0-ea4f-46c0-9842-e788a76c6bc7..jpg

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin oyunlarına təyinatlar açıqlanıb

Baxış sayı: 392 dəfə baxılıb.

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin oyunlarına təyinatlar
açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının Millətlər Liqasında
keçirəcəyi oyunların təyinatları bəlli olub.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytı xəbər
verir ki, Kipr-Azərbaycan matçını Belçikadan olan hakimlər briqadası idarə
edəcək.

FIFA referisi Karolin Lanssensa İrmqard Van Meirvenne və Marqot Yacobs kömək
göstərəcək. Dördüncü hakim funksiyasını Yana Van Laere yerinə yetirəcək.

Azərbaycan-Farer adaları matçı İsveçdən olan ədalət təmsilçilərinə həvalə
edilib. Əsas hakim Lovisa Johanssona Kamilla Stendal və Jilan Taher yardımçı
olacaq. Dördüncü hakim isə Maral Mirzai Benidir.

Qeyd edək ki, ilk görüş dekabrın 1-də Limassolda, ikinci oyun dekabrın 5-də
Bakıda gerçəkləşəcək.

Source link