Qadın millimiz buz sarayında güləşəcək

Baxış sayı: 1. 853 dəfə baxılıb.

Qadın millimiz buz sarayında güləşəcək

Sabah Rusiyanın Çeboksarı şəhərində qadın güləşi üzrə açıq Rusiya Kubokuna start veriləcək.

ÇıxışYolu.Com xəbər verir ki, iki gün davam edəcək turnirdə Rusiya, Azərbaycan və Qırğızıstanın qadın güləşçiləri mübarizə aparacaq. 

Ölkəmizi yarışda məşqçilər Rövşən Umudov və Solmaz Adilovanın rəhbərliyi altında Şəhanə Nəzərova (-50 kq), Birgül Soltanova (-57 kq), Alyona Kolesnik (-59 kq), Tatyana Omelçenko, Jalə Əliyeva (hər ikisi -62 kq), Elis Manolova (-65 kq), İrina Netreba (-68 kq) və Səbirə Əliyeva (-76 kq) təmsil edəcək.

Proqrama əsasən, sabah bütün çəkilərdə finalçılar müəyyənləşəcək. Təsəlliverici və medallar uğrunda qarşılaşmalar isə noyabrın 23-də keçiriləcək.

Qeyd edək ki, altıncı dəfə Çuvaşiyanın paytaxtı Çeboksarıda keçirilən açıq Rusiya Kuboku bu muxtar respublikanın prezidenti Mixail İqnatyevin şərəfinə keçirilir. Görüşlər “Çeboksarı Arena” adlanan buz sarayında baş tutacaq.