a4c518d1-52cf-430b-8eaa-76e4a947b2bc..jpg

Qadın qətlində “öndə olan” bölgələr AÇIQLANDI – VİDEO

Baxış sayı: 672 dəfə baxılıb.

Qadın qətlində “öndə olan” bölgələr AÇIQLANDI – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci illə müqayisədə keçən il qısqanclıq zəminində qadınlara qarşı
törədilmiş ölümlə nəticələnən cinayətlərin sayı artıb.

Xezerxeber.az-ın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
komitəsinin Hüququ Təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadənin
sözlərinə görə, ötən il bu rəqəm 51, 2021-ci ildə isə 46 olub.

Qeyd edək ki, cinayəti törədənlər qadınların keçmiş həyat yoldaşları,
qeyri-qanuni nikahda yaşadıqları kişilər və yaxın qohumları olur.

Baş məsləhətçi cinayət hadisələrinin daha çox hansı ərazidə baş verdiyinə
diqqət çəkib.

Tural Hüseynzadə qeyd edib ki, ötən il 12 iqtisadi rayonu üzrə 269 erkən
evliliyin qarşısı alınıb və belə faktlar daha çox Qazax-Tovuz və
Lənkəran-Astara zonasının payına düşür.

Mütəxəssis bildirib edib ki, nikah yaşının 1 il azaldılması ilə bağlı daxil
olan məlumatlar araşdırılıb:

“Üzrlü səbəblər müəyyən edildikdən sonra 271 yetkinlik yaşına çatmayan şəxsə
icra orqanları tərəfindən nikaha icazə verilib”.

Ətraflı süjetdə:


Source link