Qadın qonşusu ilə sevgili oldu, qaynı onu öldürdü – VİDEO
Azərbaycanda qardaşı arvadını öldürən şəxs 15 il azadlıqdan məhrum edildi.
2020-ci il martın 26-da Daxili İşlər Nazirliyinin 102 xidmətindən Qaradağ
Rayon Polis İdarəsinin 11-ci polis bölməsinə inzibati ərazidə qətl baş verməsi
barədə məlumat daxil olub.
Bildirilib ki, hadisə Qobustan qəsəbəsi, massiv 4, ev 30 ünvanında baş verib.
Araşdırma zamanı məlum olub ki, Laləzər Kərimlini qaynı Səbuhi Kərimov
bıçaqlayaraq, hadisə yerindən qaçıb. Ağır yaralanan qadın xəstəxanaya
aparılarkən ölüb. Ayın 27-nə keçən gecə Səbuhi Kərimov şübhəli şəxs qismində
saxlanılaraq, istintaqa təqdim edilib.
Qaradağ Rayon Prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi
ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Laləzar Kərimlinin ölümünə sağ
ağciyərin, böyrəyin və sol kürəkaltı nahiyənin zədələnməsindən törənən kəskin
daxili və xarici qanitirmə səbəb olub. İstintaqla müəyyən edilib ki, Səbuhi
Kərimov qardaşı Həbib Kərimlinin həyat yoldaşı Laləzar Kərimlinin qonşuluqda
yaşayan Əli Əliyevlə sevgi münasibətində olması haqda məlumat əldə etdikdən
sonra qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib. Bu məqsədlə martın
26-sı saat 20:00 radələrində qardaşı oğlu Kərim Kərimli ilə birlikdə bacısı
Mehriban Bəkirzadənin yaşadığı Qobustan qəsəbəsi, massiv 4, ev 30 ünvanına
gəlib. Yardımçı tikilinin mətbəx otağına daxil olaraq, Laləzər Kərimliyə
arxadan yaxınlaşıb, sol əli ilə boyun nahiyəsindən tutub və sağ əlində
saxladığı mətbəx bıçağı ilə ümumilikdə ona 11 dəfə zərbə endirib, zərərçəkmişi
xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edib.
İş üzrə dindirilmiş Səbuhi Kərimov bildirib ki, hadisədən bir neçə gün əvvəl
Laləzərin xəyanət etməsini qardaşı Həbib özü ona danışıb. Eşitdiklərinə
inanmayan Kərim bu haqda Laləzərlə söhbət etmək niyyətinə düşüb və onun
Qobustan qəsəbəsində müvəqqəti yerləşdiyi bacısı evinə gəlib. Səbuhi ilə
Laləzər arasında olan söz-söhbətin sonu bıçaqlanma ilə nəticələnib. Məhkəmə
iclasında Səbuhi Kərimov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş
şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə qanunvericiliklə nəzərdə tutulmuş
cəza verilməsini xahiş edib.
Məhkəmə Səbuhi Kərimovun Laləzər Kərimlini öldürmək istəməməsinə dair verdiyi
ifadəsinə tənqidi yanaşıb və bunu özünümüdafiə xarakterli ifadə kimi
qiymətləndirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Kərimov cəzasını ciddi
rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum
olunub.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: