5ebf8934-edcc-4649-8da2-26a58c5067de..jpg

Qadın şahmatçılar arasında Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək

Baxış sayı: 778 dəfə baxılıb.

Qadın şahmatçılar arasında Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək

Qadın şahmatçılar arasında Azərbaycan çempionatında bu gün V turun oyunları
keçiriləcək.

“Report”un məlumatına görə, növbəti yarış günündə daha beş qarşılaşma baş
tutacaq.

Xanım Balacayeva Nurtan Nuriyeva ilə, Zeynəb Məmmədyarova Ləman Hacıyeva ilə,
Səbinə İbrahimova Türkan Məmmədyarova ilə, Nərmin Abdinova Xəyalə Abdulla ilə,
Gövhər Beydullayeva isə Gülnar Məmmədova ilə üz-üzə gələcək.

3,5 xalla lider olan Ayan Allahverdiyeva bu tur istirahət edəcək. Balacayeva
və Türkan Məmmədyarova 2,5 xalla 2-3-cü yerləri bölüşdürür.

Beydullayeva, Zeynəb Məmmədyarova və Məmmədovanın 2, İbrahimova və Xəyalə
Abdullanın 1,5, Abdinova ilə Hacıyevanın 1, sonuncu – 11-ci sıradakı
Nuriyevanın isə 0,5 xalı var.

Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 15 min manatdır.

Source link