b2d3a213-d4c3-4f6c-8d72-39f78f70909f..jpg

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının püşkü atılıb

Baxış sayı: 804 dəfə baxılıb.

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının püşkü atılıb

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının püşkü atılıb.

Federasiyadan Cixisyolu.com-a verilən məlumata görə, 11 şahmatçının iştirak etdiyi
çempionatda ilk turun görüşləri Ləman Hacıyeva və Türkan Məmmədyarova, Ayan
Allahverdiyeva və Xəyalə Abdulla, Zeynəb Məmmədyarova və Gülnar Məmmədova,
Xanım Balacayeva və Gövhər Beydullayeva, Səbinə İbrahimova və Nərmin Abdinova
arasında oynanılacaq. Nurtan Nuriyeva birinci turda istirahət edəcək.

Çempionatın reytinq favoriti son çempion Gövhər Beydullayevadır (2387).

11 turdan ibarət çempionatın baş hakimi Ülkər Umudova olacaq. İlk turun
oyunları fevralın 4-də saat 14:30-da başlayacaq.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu artırılaraq 15 min manata
çatdırılıb. Qalib şahmatçı 5000 manat pul mükafatı qazanacaq.

Source link