7a6689f0-85ce-4cda-951d-ffca6b532f2c..jpg

Qadın şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Baxış sayı: 949 dəfə baxılıb.

Qadın şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi bəlli olub.

Cixisyolu.com-ın məlumatına görə, titula Gövhər Beydullayeva sahib çıxıb. O, son
turda ağ fiqurlarla Zeynəb Məmmədyarovanı məğlub etməklə birinci yeri təmin
edib.

Bundan başqa, Nərmin Abdinova Xanım Balacayeva ilə heç-heçə oynayıb. Gülnar
Məmmədova Ayan Allahverdiyevanı, Türkan Məmmədyarova Nurtən Nuriyevanı, Xəyallə
Abdulla Ləman Hacıyevanı üstələyib.

Beləliklə 11 turda 7,5 xal toplayan Gövhər Beydullayeva ardıcıl ikinci dəfə
Azərbaycan çempionatının qalibi olub. Aktivində 7 xal olan Xanım Balacayeva
ikinci yeri tutub. Son turda istirahət edən Səbinə İbrahimova 6,5 xalla üçüncü
pillədə qərarlaşıb.

Source link