Qadından yataq otağında pul tələb edən şəxs cəzalandırıldı

Qadından yataq otağında pul tələb edən şəxs cəzalandırıldı

Baxış sayı: 4. 379 dəfə baxılıb.

Qadından yataq otağında pul tələb edən şəxs cəzalandırıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Cavid Əhmədovun məhkəmə prosesi başa çatıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, C.Əhmədov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2000-ci ildə anadan olmuş C.Əhmədov sərxoş vəziyyətdə Qaradağ rayonu, Ələt qəsəbəsində yaşayan Nicat Əhmədovun evinə girərək yatılı vəziyyətdə olan Elnarə Əhmədovanı xəncərlə hədələyib.

O, daha sonra qadından 150 manat pul istəyib. Səs-küyə oyanan N.Əhmədov onu zərərsizləşdirib.

Təqsirləndirilən C.Əhmədov ifadəsində bildirib ki, həmin gün qonşusunun ad günündə iştirak edib və orada çoxlu miqdarda spirtli içki qəbul edib.

Etibar Məmmədov

www.ÇıxışYolu.Com