153de3e8-6b74-46d5-94e0-7030ed94358b..jpg

Qadını öldürən şəxs 14 nəfərə qarşı külli məbləğdə dələduzluq da edibmiş

Baxış sayı: 562 dəfə baxılıb.

Qadını öldürən şəxs 14 nəfərə qarşı külli məbləğdə dələduzluq da edibmiş
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda kirayədə yaşayan qadını qətlə yetirməkdə təqsirləndirilən Elnur
Məhərrəmovun cinayət işinin bəzi detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, o, qətllə yanaşı, digər cinayət
əməlləri də törədib.

Belə ki, 1981-ci il təvəllüdlü Elnur Məhərrəmov 06 iyul 2022-ci il tarixdə
Abşeron rayonu, Saray qəsəbəsi ərazisində zərərçəkmiş şəxsin həyatı üçün
təhlükəli olmayan, qəsdən sağlamlığa az ağır zərər vurub. Eyni zamanda o, 1
avqust 2022-ci il tarixdən 13 noyabr 2022-ci il tarixədək olan dövr ərzində
paytaxtın Xətai rayonu və digər ərazilərdə aldatma və etibardan sui-istifadə
etmə yolu ilə 14 nəfərə qarşı ümumilikdə 81 287 manatlıq dələduzluq edib.

Qətl hadisəsi də elə onun borclarının üstündə baş verib. İttihama görə, 11
noyabr 2022-ci il tarixdə, saat 21 radələrində Elnur Məhərrəmov qeyri-rəsmi
ər-arvad münasibətlərində olduğu 1975-ci il təvəllüdlü Kifayət İsayeva ilə
kirayə yaşadığı ünvanda görüşüb, gecəni birlikdə qalıb. 12 noyabr 2022-ci il
tarixdə, saat 11 radələrində birlikdə evdən çıxmaq üçün həmin mənzilin qonaq
otağında zərərçəkmiş şəxsin hazırlaşmasını gözləyərkən onlar söhbət ediblər.
Söhbət zamanı qadın yaşayış evini satıb, özünə yeni avtomobil alacağını deyib.
Elnur isə bundan əsəbiləşərək Kifayətin evini sataraq ona borclarını ödəməsində
köməklik edəcəyi barədə vədini xatırladıb. Sonra onların arasında mübahisə
yaranıb. Elnur qadına ailəsinin dağılmasına, maddi vəziyyətinin pisləşərək
borclanmasına səbəbkar olmasını bildirib. Zərərçəkmiş şəxs isə onun ünvanına
təhqiramiz ifadələr işlədib. Bu zaman təqsirləndirilən şəxs otaqdakı dolabın
üzərindən götürdüyü çilingər açarı ilə qadının baş nahiyəsindən zərbələr
vuraraq onu öldürüb. Daha sonra o, hadisə yerindən qaçıb.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə Elnur Məhərrəmov tutularaq
istintaqa təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Məhərrəmov 15 il müddətinə
azadlıqdan məhrum edilib.

Source link