Qadının evinə girərək qohumlarının gözü önündə öldürməkdə təqsirləndirilən
şəxs hakim qarşısına çıxır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tanışını qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində cinayət
işi məhkəməyə göndərilib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, ötən il noyabr 15-də Füzuli rayon sakini 1988-ci il təvəllüdlü
Yeganə Əliyevaya xəsarətlər yetirilməsi faktı üzrə rayon prokurorluğunda
başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla 1988-ci il təvəllüdlü Əlizadə Quliyevin şəxsi münasibətlər
zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Yeganə Əliyevanın evinə
qanunsuz daxil olmaqla ona yaxın qohumlarının gözü qarşısında bıçaqla
xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən
edilib.
Əlizadə Quliyevə Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla qəsdən
adam öldürməyə cəhd), 157.1-ci (mənzil toxunulmazlığını pozma) və digər
maddələri ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə
göndərilib.